SİYASƏT


Birləşmiş Ərəb Əmirliklərindəki səfirlik və baş konsulluq Azərbaycan prezidenti seçkilərinin keçirilməsinə hazırdır

Abu-Dabi, 18 mart, AZƏRTAC 

Aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərinə ölkəmizin Birləşmiş Ərəb Əmirliyindəki (BƏƏ) səfirliyi və Dubay şəhərindəki baş konsulluğu tam hazırdır.

Bu barədə AZƏRTAC-a məlumat verən ölkəmizin BƏƏ-dəki səfiri Daşqın Şikarov bildirib ki, səfirlikdə və Dubay şəhərindəki baş konsulluqda seçki məntəqələri yaradılıb, iclaslar keçirilib və seçki komissiyalarının sədri, katibi və üzvləri seçilib. Onun sözlərinə görə, Abu-Dabi şəhərində yaradılmış seçki məntəqəsində konsulluq qeydiyyatında olan 18 yaşına çatmış 78, Dubay şəhərində isə 197 seçici qeydiyyata alınıb və aktiv seçki hüququna malik seçicilərin siyahısı Azərbaycan Xarici İşlər Nazirliyi vasitəsilə Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

D.Şikarov həmçinin qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin 4.12.-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Seçki Məcəlləsinin 2.3.-cü maddəsinin tələblərini rəhbər tutaraq, konsulluqlar dairəsində yaşayan və müvəqqəti olaraq bu ölkədə səfərdə olan Azərbaycan vətəndaşlarının seçki hüquqlarının həyata keçirilməsi üçün bütün zəruri işlər görülüb və müvafiq şərait yaradılıb.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Abu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.