REGİONLAR


Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Qubaya səfər edib

Quba, 25 sentyabr, Elxan Yusifli, AZƏRTAC 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əhməd Hamel Alqubaisinin rəhbərlik etdiyi nümayəndə heyəti Qubada olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti ilə Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Səfir Məhəmməd Əhməd Hamel Alqubaisi BƏƏ-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyini bildirərək, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğunu diqqətə çatdırıb.

Görüşdən sonra qonaqlar “ABAD Quba Factory” istehsalat kompleksi, xalçaçılıq müəssisəsi və rayonun başqa görməli yerləri ilə tanış olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.