DÜNYA


Birləşmiş Ərəb Əmirliklərinin Mərkəzi Bankı artıq pul kütləsini bazardan çıxarıb

Əbu-Dabi, 12 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı 2018-ci ilin dekabrında 12,3 milyard dirhəm (3,5 milyard dollar) dəyərləndirilən artıq pul kütləsini bazardan çıxarıb.

AZƏRTAC Mərkəzi Bankın bəyanatına istinadla xəbər verir ki, artıq pul kütləsinin əmələ gəlməsinin səbəbi depozit sertifikatları bazarının əhəmiyyətli dərəcədə artmasıdır. Artımın həcmi təqvim ayı ərzində 14 milyard dirhəm artaraq 139 milyard dirhəmə çatıb.

Bəyanatda, həmçinin bildirilir ki, likvidliyin aradan qaldırılması dövlətin kredit-pul siyasətinin alətlərindən biridir və milli iqtisadiyyatın dayanıqlı artımının təminatındakı zərurətdən irəli gəlir. Xüsusi qeyd edilir ki, Mərkəzi Bank ölkədə pul vəsaitlərinin hərəkətinə nəzarət üzrə fəaliyyətin icra olunmasını davam etdirmək niyyətindədir və bankın siyasəti sabit iqtisadi inkişafın dəstəklənməsinə hədəflənib.

 

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Əbu-Dabi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.