İDMAN


Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib

Bakı, 12 noyabr, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin Paralimpiya Komitəsinin prezidenti, Beynəlxalq Paralimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü Məhəmməd Fadel Al Hameli Bakıda səfərdədir.

AZƏRTAC xəbər verir ki, o, Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkil etdiyi Beynəlxalq Paralimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunmuş “Yenilməzlər” beynəlxalq qala təqdimatda iştirak etmək üçün Azərbaycana gəlib.

Noyabrın 13-də Bakıda keçiriləcək qala təqdimatın başlıca məqsədi paralimpiya dəyərlərini təbliğ etməklə yanaşı, ölkədə fəaliyyət göstərən özəl şirkətlərin korporativ sosial məsuliyyət sahəsində stimullaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.