RƏSMİ XRONİKA


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyandan

 Zati-aliləri,

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Birləşmiş Ərəb Əmirlikləri dövlətinin adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq hissi duyuram.

Zati-alinizə uğurlar, dost Azərbaycan xalqına isə davamlı tərəqqi arzu edirəm. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətləri bundan sonra da güclənəcəkdir.

Ən dərin ehtiram və hörmətlə,

Əlahəzrət Şeyx Xəlifə bin Zaid Al Nəhəyan

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin