İQTİSADİYYAT


Birləşmiş Ərəb Əmirliklərinin investisiyaları ilə Azərbaycanda birgə layihələrin reallaşdırılması müzakirə olunub

Bakı, 9 aprel, AZƏRTAC

Dubayda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) investisiyaları əsasında Azərbaycanda birgə layihələrin reallaşdırılması müzakirə edilib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, qurum ilə Birləşmiş Ərəb Əmirliklərinin müvafiq qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlığın genişləndirilməsi Dubayda ənənəvi olaraq keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə müzakirə olunub. 8-ci İllik İnvestisiya Toplantısında iştirak edən KOBİA-nın idarə heyətinin sədri Orxan Məmmədov və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumunun baş icraçı direktoru Abdul Baset Əl-Janahi arasında keçirilmiş görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin KOB subyektləri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu məqsədlə KOBİA və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə Bakıda birgə tədbirin təşkili, BƏƏ-nin investisiyaları əsasında ölkəmizdə birgə layihələrin reallaşdırılması görüşün başlıca müzakirə mövzularından olub.

Qeyd edək ki, aprelin 8-də Dubayda öz işinə başlamış 8-ci İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır. Builki toplantıda 140-dan çox ölkədən 10 mindən artıq dövlət və özəl qurumların nümayəndələri, ekspertlər və tanınmış alimlər iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.