DÜNYA
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı bu il Böyük Britaniyada keçiriləcək
London, 14 aprel, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı bu il Böyük Britaniyada keçiriləcək.
2021-ci ilin noyabr ayında Britaniya Birləşmiş Millətlər Təşkilatının “COP26” adı ilə tanınan İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək.
Təşkilatçılar tədbirin təxirə salınmayacağını açıqlayıblar.
COP ölkələrin iqlim dəyişikliyi ilə mübarizə barədə razılığa gəldikləri Paris İqlim Sazişinin icrasını izləmək üçün təşkil edilən beynəlxalq bir konfransdır. Qurum sonuncu dəfə 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə konfrans keçirib.
Qeyd edək ki, 2020-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilməli olan noyabr zirvəsi COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [22:58]
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
- 23.04.2024 [21:15]
Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]