Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 1, maddə 35) 2-ci hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 sentyabr 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin