Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru Qriqori Trubnikovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident!

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun rəhbərliyi və çoxmillətli kollektivi Sizi Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik edir.

Cənab Prezident, fürsətdən istifadə edərək, Azərbaycanın elmi mərkəzləri və universitetlərinin bizim beynəlxalq hökumətlərarası təşkilatımızla əməkdaşlığına verdiyiniz dəstəyə görə Azərbaycan hökumətinə və şəxsən Sizə təşəkkür etmək istərdim.

Bizim müasir tərəfdaşlığımız İnstitutun yaradılması üçün əsas olan qarşılıqlı beynəlxalq elmi-texniki fəaliyyətin möhkəm təməllərinə söykənir və hər il daha böyük əhəmiyyət kəsb edir. Bu, özünü İnstitutun tədqiqat və təhsil proqramlarının həyata keçirilməsində əyani şəkildə göstərir.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun mehriban ailəsinin bir hissəsi olaraq, biz yeni elmi istiqamətlərin açılması və bütün bəşəriyyət naminə texnoloji inkişaf üçün müxtəlif ölkələrin alimlərini bir araya gətiririk.

Azərbaycanın fundamental və tətbiqi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın dəstəklənməsinə və inkişafına verdiyi töhfəni yüksək qiymətləndiririk. Ümidvaram ki, bizim birgə səylərimiz gələcəkdə də qarşılıqlı faydalı elmi tərəfdaşlığa töhfə verəcək.

Çox hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Qriqori Trubnikov

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru,

Rusiya Elmlər Akademiyasının akademiki

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin