ELM VƏ TƏHSİL


Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndələri YT Parkın fəaliyyəti ilə tanış olublar

Bakı, 10 aprel, AZƏRTAC

Rusiyanın Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) vitse-direktoru, professor Mixail İtkisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkında (YT Park) olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, əsas məqsəd YT Parkın fəaliyyət istiqamətləri, burada istehsal olunan məhsullar və iş prosesi ilə yaxından tanışlıq olub.

Qonaqları salamlayan YT Parkın direktoru Nazim Şükürov BNTİ ilə əməkdaşlığın Azərbaycanın eyni fəaliyyət sahəsinə aid olan bütün elm və təhsil müəssisələrini əhatə etdiyini bildirib.

Daha sonra nümayəndə heyəti YT Parkın beynəlxalq standartlara cavab verən, akkreditasiyadan keçmiş Strateji Elmi Analitik Sınaq Mərkəzi ilə tanış olub. Onlara mərkəzin laboratoriya avadanlığı, imkanları və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.

Bundan başqa, qonaqlar Təcrübə-Sənaye Zavodu (TSZ), İngiltərənin 130 illik tarixə malik “Millers Oils” şirkəti ilə akademiya arasında yaradılmış “Millers Oils Azerbaijan”ın istehsal sahəsinə baş çəkərək hazır məhsul anbarında toplanılmış mallara baxış keçiriblər, eləcə də “Elm və Texnologiya Parkı” MMC və “Azeltech” MMC-nin istehsalat ərazisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.