DÜNYA


Birləşmiş Ştatlarda aktiv qazma qurğularının sayı azalıb

Bakı, 13 aprel, AZƏRTAC

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd azalaraq 1022 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 14 ədəd çoxdur.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 2 ədəd çoxalaraq 833 olub. Bu göstərici ölkədəki aktiv neft qazma qurğularının sayının 2015-ci ilin aprelindən indiyədək maksimum səviyyəyə çatması deməkdir. Əvvəlki ilin eyni dövrünə görə neft qazma qurğularının sayı 18 ədəd artıb.

Aktiv qaz qazma qurğularının sayı da 5 ədəd geriləyərək 189 olub. Ötən ilin müvafiq dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 3 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.