Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı artır
AzerTAg.az
Bakı, 5 dekabr, AZƏRTAC
ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 3 ədəd artaraq 323 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 476 ədəd geriləyib.
Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd artaraq 246 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 417 ədəd azalma qeydə alınıb.
Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd azalaraq 75 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 58 ədəd geriləyib. İki qazma qurğusu isə müxtəlif təyinatlı olub.
Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

Xəbərin mətnində orfoqrafik səhv var