DÜNYA


Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalıb

Bakı, 21 noyabr, AZƏRTAC

ABŞ-dakı aktiv neft-qaz qazma qurğularının sayı azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 2 ədəd azalaraq 310 olub. Bu, son 4 ilin minimum göstəricisidir. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 493 ədəd geriləyib.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd geriləyərək 231 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 440 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 3 ədəd artaraq 76 olub və keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 53 ədəd geriləyib. Üç qazma qurğusu isə müxtəlif təyinatlı olub.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin mayında isə minimuma – 316-ya düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.