DÜNYA


Birləşmiş Ştatlardakı aktiv qazma qurğularının sayı azalır

Bakı, 20 iyul, AZƏRTAC

ABŞ-dakı aktiv qazma qurğularının sayı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Baker Hughes” şirkəti məlumat yayıb. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-dakı aktiv neft və qaz qazma qurğularının sayı 4 ədəd azalaraq 954 olub. Keçən ilin eyni dövrü ilə müqayisədə ölkədəki aktiv qazma qurğularının sayı 92 ədəd azalıb.

Ötən həftə ABŞ-dakı aktiv neft qazma qurğularının sayı 5 ədəd azalaraq 779 olub. Əvvəlki ilin müvafiq dövrünə görə neft qazma qurğularının sayında 79 ədəd azalma qeydə alınıb.

Aktiv qaz qazma qurğularının sayı isə 2 ədəd artaraq 174 olub. Keçən ilin eyni dövrünə nisbətən ölkədəki qazma qurğularının sayı 13 ədəd azalıb.

Qeyd edək ki, ABŞ-da aktiv neft qazma qurğularının sayı 1981-ci ildə ölkə tarixində maksimuma, yəni 4 min 530-a çatıb. Neftin qiymətinin ucuzlaşması fonunda ölkədəki aktiv neft qazma qurğularının sayı 2016-cı ilin may ayında isə minimuma – 316-ya geriləyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.