DÜNYA


Birləşmiş Ştatların gündəlik neft hasilatı 10,8 milyon barrelə düşüb

Bakı, 9 avqust, AZƏRTAC

ABŞ-ın sutkalıq neft istehsalı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftə ilə müqayisədə orta hesabla 96 min barrel azalaraq gündəlik 10,8 milyon barrel olub. Lakin bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. ABŞ-ın neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Xam neft istehsalı Alyaska ştatında əvvəlki həftə ilə müqayisədə 4 min barrel artıb, digər ştatlarda isə hasilat 100 min barrel azalıb. Bununla da, Birləşmiş Ştatların gündəlik neft hasilatı son 30 həftənin 4-də azalma göstərib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 182 min barrel artaraq gündəlik 7,93 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı da əvvəlki həftə ilə müqayisədə 540 min barrel çoxalaraq sutkada 1,85 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçısı ola bilər.

EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.