DÜNYA
Birləşmiş Ştatların gündəlik neft istehsalı 13 milyon barreldir
Bakı, 24 yanvar, AZƏRTAC
ABŞ-ın sutkalıq xam neft hasilatı dəyişməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın neft istehsalı dəyişməyərək gündəlik orta hesabla 13 milyon barrel olub. Bu göstərici ölkə tarixində neft istehsalının ən yüksək səviyyəsidir. Birləşmiş Ştatların neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.
Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 120 min barrel azalaraq gündəlik 6,43 milyon barrel, neft ixracı da əvvəlki həftə ilə müqayisədə 67 min barrel geriləyərək sutkada 3,41 milyon barrel təşkil edib.
EIA-nın proqnozuna görə, ABŞ-ın neft hasilatı bu il sutkalıq orta hesabla 13,3 milyon barrel olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]