DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları 410 milyon barrelə çatıb

Bakı, 12 oktyabr, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları çoxalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6 milyon barrel (1,5 faiz) artaraq 410 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 2,6 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 8 milyon barrel artmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə keçən həftə 1,3 milyon barrel (0,2 faiz) azalaraq 658,7 milyon barrel təşkil edib.

Ölkənin benzin ehtiyatları ötən hesabat həftəsində 1 milyon barrel (0,4 faiz) artaraq 236,2 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 42 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 0,5 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.