DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları artıb

Bakı, 8 noyabr, AZƏRTAC 

ABŞ-ın neft ehtiyatları 431 milyon barreli keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 5,78 milyon barrel artaraq 431,79 milyon barrelə çatıb. Bazar proqnozları ehtiyatların 2 milyon barrel çoxalacağı istiqamətində idi. Əvvəlki həftə isə ölkədəki neft ehtiyatları 3,2 milyon barrel artmışdı.

EIA ABŞ-ın neft depolama və paylama mərkəzi olan Cushing ilə Oklahomadakı xam neft ehtiyatlarının 2,42 milyon barrel artdığını açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.