DÜNYA


Birləşmiş Ştatların neft ehtiyatları azalıb

Bakı, 12 sentyabr, AZƏRTAC

ABŞ-ın xam neft ehtiyatları azalır.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 6,9 milyon barrel (0,6 faiz) azalaraq 416,1 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,8 milyon barrel geriləmişdi.

ABŞ-ın strateji neft ehtiyatları isə dəyişməyərək 644,8 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 0,7 milyon barrel (0,3 faiz) azalaraq 228,9 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 0,87 milyon barrel geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,4 milyon barrel azalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.