DÜNYA


Birləşmiş Ştatların sutkalıq neft istehsalı 10,9 milyon barrelə çatıb

Bakı, 14 iyun, AZƏRTAC

ABŞ-ın gündəlik neft hasilatı 10,9 milyon barrelə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 100 min barrel artaraq 10,9 milyon barrel olub. Bu, ölkə tarixində neft hasilatının ən yüksək göstəricisidir. Ölkədə neft istehsalı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum – gündəlik orta hesabla 10,04 milyon barrel təşkil edib.

Bundan başqa, ABŞ-ın gündəlik neft hasilatı son 22 həftənin 21-də artım göstərib.

Ötən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə gündəlik 247 min barrel azalaraq 8,1 milyon barrel təşkil edib. Ölkənin xam neft ixracı isə əvvəlki həftə ilə müqayisədə gündəlik 316 min barrel artaraq 2,03 milyon barrel olub.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, tezliklə ABŞ dünyanın ən böyük xam neft istehsalçı ola bilər.

EIA-nın iyun ayı üzrə proqnozuna görə, ABŞ-ın xam neft istehsalı bu il sutkalıq orta hesabla 10,8 milyon barrel, gələn il isə 11,8 milyon barrel olacaq. Bununla da ABŞ-ın dünyanın ən böyük neft hasilatçısı olan Rusiyanı geridə qoyacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.