DÜNYA
Birləşmiş Ştatların sutkalıq neft istehsalı 11,4 milyon barelə enib
Bakı, 10 iyun, AZƏRTAC
ABŞ-ın gündəlik xam neft hasilatı azalır.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 203 min barel azalaraq sutkada orta hesabla 11,4 milyon barel səviyyəsində olub.
Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 1,07 milyon barel geriləyərək sutkalıq 6,63 milyon barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 387 min barel artaraq gündəlik 2,93 milyon barel təşkil edib.
EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,1 milyon barel, gələn il isə 11,8 milyon barel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barel olub.
Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barelə çataraq rekord səviyyəyə yüksəlmişdi.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]