DÜNYA


Birləşmiş Ştatların sutkalıq neft istehsalı 11,5 milyon barelə enib

Bakı, 24 iyun, AZƏRTAC

ABŞ-ın gündəlik xam neft hasilatı azalıb.

AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, ötən hesabat həftəsində Birləşmiş Ştatların neft istehsalı 101 min barel azalaraq sutkada orta hesabla 11,5 milyon barel səviyyəsində olub.

Keçən həftə ABŞ-ın neft idxalı əvvəlki həftəyə görə 197 min barel artaraq sutkalıq 6,94 milyon barel, neft ixracı isə əvvəlki həftə ilə müqayisədə 233 min barel azalaraq gündəlik 3,65 milyon barel təşkil edib.

EIA-nın proqnozuna görə, cari ildə Birləşmiş Ştatların neft hasilatının gündəlik 11,1 milyon barel, gələn il isə 11,8 milyon barel olacağı gözlənilir. 2020-ci ildə hasilat 11,3 milyon barel olub.

Xatırladaq ki, ötən il fevralın 22-28-ni əhatə edən həftədə ABŞ-ın neft hasilatı sutkada orta hesabla 13,1 milyon barelə çataraq rekord səviyyəyə yüksəlmişdi.

ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük neft istehsalçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.