MƏDƏNİYYƏT
“Birlik” rəsm sərgisi keçiriləcək
Bakı, 8 iyul, AZƏRTAC
İyulun 11-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) Muzey-Sərgi Kompleksində “Birlik” rəsm sərgisi keçiriləcək.
Akademiyadan AZƏRTAC-a bildiriblər ki, sərgi ADRA və Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin birgə təşəbbüsü ilə keçirilir. Sərginin əsas məqsədi “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalının təşkilində göstərdikləri köməyə görə təşəkkür bildirməkdir.
Qeyd edək ki, “Saf rənglər” IV Beynəlxalq uşaq və yeniyetmələrin rəsm yaradıcılığı festivalında 30-dək rəssamlıq studiyası və incəsənət məktəbi ilə yanaşı, bir çox ölkələrdən uşaqların əl işləri nümayiş olunub.
“Birlik” beynəlxalq sərgisi bir həftə davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]