MƏDƏNİYYƏT


Birpərdəli pyes müsabiqəsinin nəticəsi açıqlanıb

Bakı, 15 oktyabr, AZƏRTAC

Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə iyun ayında Gənc Tamaşaçılar Teatrının təşəbbüsü, Səbail Rayon İcra Hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, “ASAN Könüllüləri” Təşkilatı, “ASAN Radio” və “Azərbaycan” jurnalının təşkilatçılığı ilə elan olunan “Biz birlikdə güclüyük” adlı birpərdəli pyes müsabiqəsinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, müsabiqənin təşkilində məqsəd pandemiyanın yaratdığı bəşəri problemləri, dünyada və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizəni teatr sənətinin də aktual mövzusuna çevirməkdir.

Müsabiqə şərtlərinə görə, pyeslərin mövzusu koronavirus pandemiyası ilə mübarizə günlərinin ab-havasını, bu zaman kəsiyində baş verənlərin ümumilikdə ölkənin sosial, ictimai həyatına təsirini, ayrı-ayrı insan talelərində əksini ifadə etməli idi. Mövzuya maraq göstərən bir çox gənc qələm sahibləri yeni pyeslərini təqdim ediblər. Təqdim olunan əsərlər gizli münsiflər heyəti tərəfindən oxunub.

Münsiflərin müzakirəsindən sonra gənc yazıçı-ssenarist Pərviz Seyidlinin “Mələk” pyesi müsabiqənin qalibi elan olunub.

Qeyd edək ki, qalib pyesin bu ilin sonuna qədər Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulması nəzərdə tutulur.

Həmçinin qalib pyes “Azərbaycan” jurnalında işıq üzü görəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.