İQTİSADİYYAT


Bişkek şəhərində 3-cü Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq Beyin Mərkəzlərinin Forumu keçirilir

Bakı, 18 iyul, AZƏRTAC 

Qırğızıstanın paytaxtı Bişkekdə Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq İnstitutunun təşkilatçılığı ilə 3-cü Mərkəzi Asiya İqtisadi Əməkdaşlıq (CAREC) Beyin Mərkəzlərinin Forumu keçirilir. “İpək Yolu boyu bilik dəhlizlərinin yaradılması” mövzusu çərçivəsində təşkil olunan forumda Azərbaycanı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) departament rəhbəri Ayaz Çaparlı təmsil edir.

İİTKM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, forumda əsasən regional ticarət, turizm, əmək mübadiləsi kimi sahələr üzrə əməkdaşlıq, bilik dəhlizlərinin qurulması ilə bağlı geniş fikir mübadiləsi aparılır.

“İpək Yolu boyunca bilik dəhlizinin yaradılması” adlı forumda Böyük Britaniya, Yaponiya, Çin, Türkiyə, Gürcüstan kimi ondan artıq ölkənin nümayəndələri iştirak edir.

İİTKM-in İqtisadi təhlil və analitik informasiya departamentinin rəhbəri Ayaz Çaparlı iki günlük müzakirə zamanı Azərbaycanda aparılan iqtisadi islahatlar, beyin mərkəzləri ilə beynəlxalq müstəvidə əməkdaşlıq və digər məsələlər barədə forum iştirakçılarına məlumat verəcək.

Qeyd olunub ki, regionun üzləşdiyi əsas siyasi məsələləri müzakirə etmək məqsədilə universitetlər, elmi-tədqiqat mərkəzləri, hökumət və biznes sektoruna dialoq imkanları yaratmaq üçün subregional elmi-tədqiqat inkişaf forumu ənənəvi olaraq təşkil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.