SİYASƏT


Bişkekdə Aygül Bağırovanın “Qalib sərkərdə” kitabının ikinci hissəsi Azərbaycan dilində çap olunub

Bişkek, 12 may, AZƏRTAC

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Bişkekdə Aygül Bağırovanın “Qalib sərkərdə” kitabının ikinci hissəsi Azərbaycan dilində çap olunub.

AZƏRTAC xəbər verir ki, Bişkekdəki “Uluu Toolor” nəşriyyatında işıq üzü görən kitaba Azərbaycan Milli Məclisinin deputatı, Əməkdar elm xadimi, akademik Nizami Cəfərov “Ön söz” yazıb.

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Qələbəsinə həsr olunan kitabda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fəaliyyət xətti ardıcıl olaraq izlənilir.

Toplunun Bişkekdə qırğız dilində də çap edilməsi və pulsuz yayılması nəzərdə tutulur.

Xatırladırıq ki, bu toplu fondun sifarişi ilə çap edilən 138-ci kitabdır.

Kitab, həmçinin fondun saytına yüklənib və bu linkdən oxumaq olar: http://turktoday.info/biblioteka.html

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.