SİYASƏT


Bişkekdə Heydər Əliyev Parkı salınacaq

Bişkek, 8 mart, АZƏRTAC

Azərbaycanın Qırğızıstandakı səfirliyi və Bişkek şəhər Bələdiyyəsi arasında paytaxtda Heydər Əliyev Parkının və orta məktəbin tikilməsi ilə bağlı memorandum imzalanıb.

AZƏRTAC Qırğızıstanın “Kabar” Milli İnformasiya Agentliyinə istinadla xəbər verir ki, sənədləri Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov və Bişkekin meri Aziz Surakmatov imzalayıblar.

Memoranduma əsasən, bələdiyyə səfirliyə Tokombayev küçəsində 5,5 hektar ərazidə Heydər Əliyev adına park salınması, “Kok Jar” yaşayış sahəsində isə 550 şagird yeri olan orta məktəbin tikintisi üçün 2,24 hektar torpaq sahəsi ayırıb.

Bələdiyyə qüvvədə olan qanunvericiliyə əsasən, obyektlərin tikintisi zamanı arxitektura-plan və mühəndis texniki sənədlərin hazırlanması, layihələrin müxtəlif instansiyalarda razılaşdırılmasına dəstək göstərəcəyini bildirib.

Qeyd olunub ki, hər iki obyekt Azərbaycanın vəsaiti hesabına tikiləcək.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.