SİYASƏT


Bişkekdə Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib

Bişkek, 22 avqust, АZƏRTAC 

Bişkek şəhərinin meri Aziz Surakmatov ilə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucovun görüşündə paytaxtda tikiləcək Heydər Əliyev parkı və orta məktəb binasının tikintisi ilə bağlı məsələlər müzakirə edilib.

AZƏRTAC xəbər verir ki, mer “Qorproekt” layihə təşkilatı tərəfindən Baytik Baatır küçəsində salınacaq Heydər Əliyev parkının işgüzar layihəsinin hazırlandığını söyləyib və razılaşdırılmış layihəni səfirliyə təqdim edib. Parkın ərazisinin 5,5 hektar olacağı bildirilib.

Görüşdə, həmçinin “Kok-Jar” yaşayış sahəsindəki, Moldakulov küçəsində 550 yerlik orta məktəb binasının tikintisi ilə bağlı məsələ də müzakirə olunub.

Park və məktəb binası Azərbaycan tərəfinin vəsaiti hesabına tikiləcək.

Xatırladırıq ki, bu il martın 7-də Heydər Əliyev parkının və orta məktəb binasının tikintisinə dair əməkdaşlıq haqqında memorandumlar imzalanıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.