MƏDƏNİYYƏT
Bişkekdə Rəşid Behbudov və Müslüm Maqomayevə həsr olunmuş qala-konsert keçiriləcək
Bişkek, 13 dekabr, АZƏRTAC
Dekabrın 17-də Bişkekdəki Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında SSRİ Xalq Artistləri Rəşid Behbudovun anadan olmasının 100 illiyinə və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçiriləcək.
Konsertdə istedadlı gənc qırğız vokalçılarını teatrın xoru və simfonik orkestri müşayiət edəcək.
Qırğızıstanın hökumət və dövlət rəsmilərinin, eləcə də parlament üzvlərinin iştirak edəcəyi tədbir ölkənin İctimai Televiziya (KTRK) kanalı ilə canlı yayımlanacaq.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:02]
Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib
- 28.03.2024 [17:16]
Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş
- 28.03.2024 [17:08]