DÜNYA


Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib

Bişkek, 22 may, AZƏRTAC

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə üzv ölkələr - Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan və Hindistanın, müşahidəçi dövlətlər - Belarus, İran, Əfqanıstan və Monqolustanın xarici işlər nazirləri iştirak ediblər.

Tədbiri 2019-cu ildə ŞƏT-ə sədrlik edən Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov açaraq görülən işlər haqqında məlumat verib, bu ilin sonuna kimi nəzərdə tutulan planlardan danışıb.

Görüşdə ŞƏT-in üzvü olan və müşahidəçi ölkələr arasında iqtisadi sahədə əlaqələrin dərinləşdirilməsi, təşkilatın Regional Antiterror Strukturunun fəaliyyətinin genişləndirilməsi, terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi ilə mübarizədə səmərəliliyinin artırılması məsələləri müzakirə edilib.

Tədbirdə iyunun 13-14-də ŞƏT-in Bişkekdə keçiriləcək Sammitinə hazırlıq və Zirvə görüşündə imzalanacaq sənədlərin hazırlanması istiqamətində də fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığın daha da inkişafı ilə bağlı “Yol xəritəsi” imzalanıb.

Xatırladaq ki, Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.