DÜNYA


Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti işə başlayıb

Bişkek, 14 iyun, АZƏRTAC

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının Sammiti öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə təşkilatın üzvü olan dövlətlərin rəhbərləri - Qırğızıstan, Qazaxıstan, Rusiya, Özbəkistan, Tacikistan prezidentləri, Çin Xalq Respublikasının Sədri, Pakistan və Hindistanın baş nazirləri, həmçinin müşahidəçi ölkələrin - Belarus, Əfqanıstan, İran və Monqolustanın prezidentləri iştirak edirlər.

Sammitdə bu ölkələr arasında bütün sahələrdə əlaqələrin daha da inkişafı, regionda və dünyada sülhün qorunması ilə bağlı geniş müzakirələr aparılacağı gözlənilir.

Yekunda Bişkek Bəyannaməsinin və 20-dək sənədin imzalanması nəzərdə tutulur.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.