DÜNYA


Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin qadınlarının ikinci forumu keçirilib

Bişkek, 15 may, AZƏRTAC

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) üzvü olan ölkələrin qadınlarının ikinci forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, forumu Qırğızıstanın Baş naziri Muxammedkalıy Abılqaziev açara qadınların ŞƏT-in üzvü olan ölkələrin həyatındakı rolundan danışıb. O deyib ki, Pakistan və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatına qəbul edildikdən sonra bu qurumun coğrafiyası xeyli genişlənib. Avrasiya məkanının üçdəbiri ŞƏT ölkələrinin payına düşür. ŞƏT ərazisində isə dünya əhalisinin 43 faizi yaşayır. Baş nazir vurğulayıb ki, Böyük İpək Yolu konsepsiyası təşkilatın əsas istiqamətini təşkil etməlidir. Belə ki, qədimdə bu yol Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirib, iqtisadiyyat və mədəniyyət sahələrində böyük uğurlar əldə edilib.

Çıxış edənlər ŞƏT məkanında yaşayan tanınmış qadınların - Qırğızıstanın təmsilçisi, Alay məlakəsi, əfsanəvi qadın Kurmanjan Datka, Qazaxıstanın nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Aliyə Moldaqulova, Çin Xalq Respublikası Sədrinin sabiq müavini Sun Sinlin, Pakistanın sabiq Baş naziri Benazir Bhutto, dünyada ilk kosmonavt–qadın Valentina Tereşkova, Tacikistan parlamentinin sabiq sədri Nizoramo Zaripova, Özbəkistan parlamentinin sabiq sədri Yadqar Nasriddinova, Qırğızıstanın sabiq Prezidenti Roza Otunbayeva və digərlərinin həyat və fəaliyyətləri haqqında məlumat veriblər.

Xatırladaq ki, Azərbaycan Respublikası Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı kimi çıxış edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.