SİYASƏT


Bişkekdə Türk Şurasının Azərbaycanda planlaşdırılan VII Sammitinə hazırlıq işləri müzakirə olunub

Ankara, 9 fevral, AZƏRTAC

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) baş katibi Bağdat Amreev Qırğız Respublikasında səfərdə olub.

Baş katib səfər çərçivəsində Bişkek şəhərində Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ilə görüşüb.

TDƏŞ-in katibliyindən AZƏRTAC-a daxil olan məlumata görə, baş katib Bağdat Amreev rəhbərlik etdiyi təşkilatın gördüyü işlər, qarşıda duran vəzifələrin icra vəziyyəti və perspektivlər barədə Prezident Sooronbay Jeenbekovə ətraflı məlumat verib. Türk Şurasına üzv olan ölkələrin Birgə Sərmayə Fondu və Birgə Ticarət və Sənaye Palatasının qurulmasına dair səmərəli fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin, 2018-ci il sentyabrın 3-də Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI Sammitində müzakirə olunan məsələlərin əhəmiyyəti yüksək dəyərləndirilib, bu il oktyabrın 3-də Azərbaycanda keçirilməsi planlaşdırılan VII Sammitə hazırlıq işləri müzakirə olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.