Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bişkekdə qırğız dilinə tərcümə edilmiş “Qarabağ hekayələri” kitabının təqdimatı olub

Bakı, 26 sentyabr, AZƏRTAC

Sentyabrın 23-də Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşəbbüsü, maliyyə dəstəyi və Qırğızıstan Milli Yazıçılar Birliyinin iştirakı ilə Bişkekdə ötən ilin əvvəlində qırğız dilinə tərcümə edilmiş “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabının geniş təqdimatı keçirilib.

Ölkəmizin Qırğızıstandakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Qırğızıstan Xarici İşlər Nazirliyinin 3-cü siyasi idarəsinin rəis müavini, Türkiyənin Bişkekdəki səfirliyinin diplomatları, Qırğızıstan Milli Yazıçılar Birliyinin sədri, Qırğız-Türk Manas Universitetinin, Diplomatik və İdarəçilik akademiyalarının rektorları, professor-müəllim heyəti, Mərkəzi kitabxananın və Milli Filarmoniyanın direktorları, Qırğızıstanın ilk Parlamentinin sədri və Türk Dövlətləri Təşkilatı yanında Ağsaqqallar Şurasının üzvü Medekan Şerimkulov, Çingiz Aytmatovun oğlu Askar Aytmatov, “Azərbaycanın qırğız dostları klubu”nun və diasporumuzun üzvləri, ölkənin tanınmış ictimai xadimləri və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri açan səfir Lətif Qəndilov iştirakçılara kitab haqqında ətraflı məlumat verib, Qarabağdan və Ermənistandan köçkün düşmüş azərbaycanlıların faciəsi haqqında, onların üzləşdiyi problemlər barədə ətraflı danışıb.

Diplomat iştirakçılara sentyabrın 12-dən başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə məlumat verib, Azərbaycanın Laçın rayonu ərazisində 2021-ci ildə Ermənistanda istehsal olunmuş piyada əleyhinə külli miqdarda minanın aşkarlanması faktına diqqət çəkib. Bu faktla Ermənistan tərəfindən 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın bir daha kobud şəkildə pozulduğunu vurğulayıb, rəsmi İrəvanın sözügedən Bəyanata zidd olaraq Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrini indiyədək çıxarmadığını diqqətə çatdırıb. Ermənistan tərəfindən son bir ay ərzində Azərbaycan mövqelərinin sistemli olaraq atəşə tutulduğunu, ərazilərimizin minalanmasının davam etməsini, bölgədə hərbiləşmə prosesini genişləndirməsini qeyd edən səfir təxribatların, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyünü bildirib.

Səfir Azərbaycanın üçtərəfli Bəyanata uyğun olaraq qısa müddətdə Ermənistan ilə Xankəndi arasında 35 kilometrlik yol inşa etdiyini söyləyib, Ermənistanın isə sənədə uyğun olaraq Azərbaycanla Naxçıvan arasında dəhliz açmaqdan imtina etdiyini diqqətə çatdırıb. Böyük ekranda Azərbaycan Xalq Cümhuriyyətinin və müasir Azərbaycanın xəritələrini yanaşı olaraq tədbir iştirakçılarına göstərib, Zəngəzurun Azərbaycanın tarixi torpağı olduğunu qeyd edib. Səfir bildirib ki, bunlar açıq tarixi faktlar olduğu üçün Ermənistan sərhədlərin müəyyən edilməsindən yayınır, bu prosesə ABŞ-dakı və Fransadakı tərəfdaşlarını cəlb etməyə çalışır.

L.Qəndilov Vətən müharibəsinin başlanmasından iki il ötdüyünü bildirib və tarixin geriyə qaytarılmasının mümkün olmadığını söyləyib. Azərbaycanın böyük oğlu, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində əldə edilmiş Qələbənin xalqımıza böyük ruh verdiyini diqqətə çatdırmış, azad edilmiş ərazilərdə daxili imkanlar hesabına böyük bərpa işlərinin aparıldığını qeyd etmiş, xalqımızın bundan sonra heç bir zaman düşmənə güzəştə getməyəcəyini bildirmişdir.

“Azərbaycanın qırğız dostları klubu”nun prezidenti Assol Moldokmatova çıxışında azad olunmuş bölgələrə səfər etdiyini, Ermənistan tərəfindən törədilmiş dağıntıları öz gözləri ilə gördüyünü deyib, aparılan bərpa işləri barədə qürurla danışıb.

Sonra çıxış edən şair-tərcüməçi Altınbek İsmayıl kitabla bağlı geniş məlumat verib, onun ərsəyə gəlmə tarixçəsinə nəzər salıb.

Milli Yazıçılar Birliyinin sədri N.Kalıbekov, Qırğız-Türk Manas Universitetinin rektoru Alpaslan Ceylan çıxışlarında Azərbaycanın haqq işinə dəstəklərini ifadə ediblər.

Tədbirin keçirildiyi müddətdə böyük ekranda kitabla və Şuşa şəhəri ilə bağlı hazırlanmış slayd nümayiş etdirilib.

Sonda səfir Lətif Qəndilov kitabı qırğız dilinə tərcümə edənlərə mükafat verib.

Tədbir səfirlik tərəfindən verilən ziyafətlə davam edib. Ziyafət boyu Vaqif Mustafazadənin əsərləri səsləndirilib.

Qeyd edək ki, 2021-ci ilin əvvəlində “Qarabağ hekayələri” (“Карабах Ангемелери”) kitabı qırğız dilinə tərcümə edilərək çap edilib. Kitabda 13 azərbaycanlı müəllifin 14 hekayəsi yer alıb. Kitabın qırğız dilinə tərcümə olunaraq çap edilməsinin təşəbbüskarı, müəlliflərdən biri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevadır. Onun təklifi ilə kitab beş nəfər tərcüməçi tərəfindən qırğız dilinə tərcümə edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb