CƏMİYYƏT


Bitki sağlamlığı sahəsində türkiyəli mütəxəssislər əməkdaşlığa cəlb olunub

Bakı, 5 iyun, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda çalışan işçilərin peşəkarlığının artırılması, həmçinin laboratoriya nəticələrinin tanınması məqsədilə bu sahədə fəaliyyət göstərən xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daim inkişaf etdirir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.

İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, qarşılıqlı təcrübə mübadilələrində bitki sağlamlığı sahəsində Türkiyə laboratoriyaları ilə əlaqələrin qurulmasına və əməkdaşlığa böyük əhəmiyyət verilir. Qardaş ölkənin bitki sağlamlığı sahəsindəki zəngin və çoxillik təcrübəsindən faydalanmaq, həmçinin iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya iclaslarının protokollarında təsbit olunmuş tədbirlərin icrasını təmin etmək üçün Türkiyədən gələn altı mütəxəssis institutun müvafiq struktur bölmələrində və laboratoriyalarında fəaliyyətə başlayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.