Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bitki sağlamlığının təmin edilməsi ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir

Bakı, 24 may, AZƏRTAC

Dövlətimizin başçısı İlham Əliyev tərəfindən son illərdə həyata keçirilən irimiqyaslı tədbirlər, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar kənd təsərrüfatı və qida sənayesinin yüksəlişinə, sahibkarlığın inkişafına zəmin yaradıb. Eyni zamanda, ölkədə qida təhlükəsizliyi sisteminin institusional olaraq formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.

Qlobal və milli səviyyədə artan ərzaq tələbatı fonunda qlobal iqlim dəyişikliyi, torpaqların şoranlaşması, suvarma üçün su çatışmazlığı və ölkələrin ərzaq təhlükəsizliyi üçün məhsulların ixracına məhdudiyyətlər qoyması məhdud təbii resurslardan daha səmərəli istifadə edilməsini labüd edir. Bu baxımdan dünya miqyasında bitki sağlamlığının önəmi artır, bitkilərin xəstəlik və zərərvericilərdən mühafizəsi insanlar üçün bir həyati zərurətə çevrilir. Belə ki, insanların istehlak etdiyi qidaların 80 və nəfəs aldığımız havada olan oksigenin 98 faizi bitkilərdən təmin edilir. Eyni zamanda, FAO-nun məlumatlarına əsasən hər il dünya üzrə yetişdirilən kənd təsərrüfatı məhsullarının 40 faizə qədər zərərli orqanizmlərin təsirindən məhv edilir. Son illərdə dünyanın inkişaf etmiş ölkələrində təhlükəli virus və bakteriyaların yayılması bitki xəstəlikləri səbəbindən yaranan itkilərin daha da artmasına səbəb olmaqdadır. Bu mənada bitki sağlamlığının təmin olunması məhsuldarlığın yüksəldilməsi, məhsulların beynəlxalq ticarətinin asanlaşdırılması və ekoloji tarazlığın qorunması üçün olduqca əhəmiyyətli məsələyə çevrilir.

Bu gün ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunun məqsədi bitki sağlamlığı və bitki mühafizəsi məsələlərinə diqqəti artırmaq, bu sahədə görülən işlər və yaxın gələcəkdə bu istiqamətdə həyata keçiriləcək tədbirlərlə bağlı geniş məlumat vermək, dəyərli qonaqlarla fikir mübadiləsi aparmaq və birgə fəaliyyətimiz nəticəsində bitki sağlamlığının qorunmasını daha da gücləndirməkdir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Bakıda ilk dəfə keçirilən Bitki Sağlamlığı Forumunda deyib.

Onun sözlərinə görə, ötən dövr ərzində müvafiq sahədə hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin bitki sağlamlığı və bitki mühafizəsi sahələrində nəzarət sisteminin inkişafı ilə bağlı əhəmiyyətli nəticələr əldə edilib, həmin istiqamətdə müasir tələblərə cavab verən laboratoriya infrastrukturunun yaradılması, kadr və elmi potensialın gücləndirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və bitki məhsullarının beynəlxalq əməkdaşlığının genişləndirilməsi, elektron informasiya sisteminin qurulması və digər əhəmiyyətli tədbirlər həyata keçirilib. Belə ki, Bakı və regionlarda müasir tələblərə uyğun və ən mürəkkəb analizləri aparmağa imkan verən 5 fitosanitar laboratoriya qurulub, nəzarət sahəsində ilk dəfə virusoloji və bakterioloji müayinələr aparmağa imkan verən molekulyar bölmələr yaradılıb.

Bitki sağlamlığı sahəsində Azərbaycan Respublikasının idxal tələbləri işlənib, beynəlxalq standartlar əsasında bir sıra fitosanitar norma və qaydaları hazırlanaraq hüquqi aktların dövlət reyestrinə daxil edilib, 30-dan çox karantin tətbiq edilən zərərvericinin risk təhlili aparılıb, 23 ölkəyə virus və bakteriyalarla bağlı yeni idxal tələbləri göndərilib, 5 ölkə ilə beynəlxalq sənəd imzalanıb. İlk dəfə olaraq ölkədə zərərvericilərin mövcudluğunun və yayılma arealının müəyyənləşdirilməsi məqsədilə Milli Monitorinq Planı hazırlanaraq uğurla icra edilib. Aparılan nəzarət tədbirləri bitkiçilik məhsullarının idxalçı ölkələrində fitosanitar nəzarət sisteminə etimadı artırıb, pomidor, alma, fındıq, kartof və digər ixrac potensiallı bitkiçilik məhsullarının ixracı üçün daha əlverişli şərait yaradıb.

Agentliyin sədri bildirib ki, bitki sağlamlığının təmin olunması və inkişaf etdirilməsi üçün istifadə olunan bitki mühafizə vasitələrinin − pestisidlərin və bioloji preparatların istehsalı, idxalı, ixracı, saxlanması və satışı ilə bağlı qaydalara əməl olunması xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu sahə Agentlik tərəfindən daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə AQTA tərəfindən beynəlxalq təcrübəyə əsaslanaraq, bitki mühafizə vasitələri və gübrələrdə təsiredici maddələrlə bağlı mütəmadi araşdırmalar aparılır, elmi əsaslarla əldə olunmuş nəticələrə uyğun tədbirlər həyata keçirilir.

Ölkəmizə idxal olunan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatların idxal prosesi daha da təkmilləşdirilib və elektron sistem vasitəsilə həyata keçirilməkdədir. Elektron sistemdə tətbiq olunan yeniliyə əsasən, respublika ərazisinə sınaqdan keçirilməmiş, istifadəsinə icazə verilməmiş, qeydiyyatsız məhsulların gətirilməsi texniki cəhətdən mümkün deyildir. AQTİS-ə tətbiq edilən yeni modul özündə rəsmi qeydiyyatda olan aqrokimyəvi vasitələr, pestisidlər, bioloji preparatlar, baytarlıq preparatları və yem əlavələrinin reyestrini ehtiva edir. Bu da öz növbəsində ölkəmizə yalnız qeydiyyata alınmış və dövriyyəsinə icazə verilmiş məhsulların idxal olunmasını təmin edir.

Q.Təhməzli hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertifikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, sınaq protokollarının və fitosanitar sertifikatın hazırlanması proseslərinin tam olaraq elektron formada aparıldığını da diqqətə çatdırıb. O deyib: “Gələcəkdə AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub. İnteqrasiya həlləri reallaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsi, sertifikatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaq. Ümumilikdə fitosanitar nəzarət sahəsində rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması effektiv idarəetmənin təmin edilməsinə, vətəndaş məmnunluğunun, şəffaflığın, ümumi işin keyfiyyətinin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcək.

Görülən tədbirlərlə yanaşı, bitki sağlamlığı sahəsində son illərdə bir sıra təhlükəli virus və bakteriyaların geniş yayılması, ölkələrin məhsulların idxalı tələblərini sərtləşdirməsi qarşımızda yeni çağırışlar ortaya çıxarmaqdadır. Bu isə öz növbəsində bitki sağlamlığı sahəsində hüquqi islahatların dərinləşdirilməsi və beynəlxalq tələblərə tam uyğunlaşdırılması, fitosanitar nəzarət və tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi və innovativ həllərin geniş tətbiqi, özəl sektorun bitki sağlamlığının təmin olunmasında rolunun və məsuliyyətinin artırılması məqsədilə müvafiq mexanizmlərin formalaşdırılması kimi hədəfləri formalaşdırmaqdadır.

İnanıram ki, bu gün keçirilən Bitki Sağlamlığı Forumu ölkəmizdə bitki sağlamlığı sahəsində yeni çağırışlara uyğun hədəflərə çatmaq üçün görüləcək işlərin daha səmərəli təşkilinə və bu istiqamətdə yeni nailiyyətlərin əldə olunmasına öz töhfəsini verəcək”.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb