ELM VƏ TƏHSİL
Bitki tilakoid membranı üzrə əsas elmi yeniliklər müzakirə edilib
Bakı, 1 dekabr, AZƏRTAC
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda “Bitki tilakoid membranında fotosintetik komplekslərin dinamik təşkili” mövzusunda onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə mövzu üzrə məruzəni təqdim edən Proteomiks laboratoriyasının kiçik elmi işçisi Aynurə Paşayeva ətraf mühitin, xüsusilə işıq intensivliyinin dəyişməsi zamanı bitki tilakoid membranının dinamik funksiyasında LHCII və PSII nüvə zülal fosforlaşmasının rolunu açıqlayıb və bu sahədə olan ən son nailiyyətlər haqqında məlumat verib.
Seminarda mövzu üzrə əsas elmi yeniliklər müzakirə edilib, problemlər və təkliflər diqqətə çatdırılıb.