İQTİSADİYYAT


Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb

Bitki və heyvan mənşəli piylər və yağların idxalı azalıb

Bakı, 25 mart, AZƏRTAC

Yanvar-fevral aylarında 15,7 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, idxal edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 24 milyon dollar olub. Xatırladaq ki, 2022-ci ilin yanvar-fevral aylarında dəyəri 49,4 milyon dollar olmaqla 31,9 min ton bitki və heyvan mənşəli piylər və yağlar idxal edilib.

Hesabat dövründə 1715 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib. İxrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 3,5 milyon dollar olub. 2022-ci ilin eyni dövründə dəyəri 4,5 milyon dollar olmaqla 2656 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.