İQTİSADİYYAT


Bitki və heyvan mənşəli piylərin və yağların ixracı azalıb

Bakı, 27 fevral, AZƏRTAC

Yanvar ayında ölkədən 1361 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

AZƏRTAC Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən bitki və heyvan mənşəli piylər və yağların dəyəri 1,73 milyon dollar olub.

Xatırladaq ki, 2020-ci ilin eyni ayında dəyəri 1,78 milyon dollar olmaqla 2033 ton bitki və heyvan mənşəli piylər və yağlar ixrac edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.