REGİONLAR


Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə zamanı təlimatlara ciddi əməl edilməlidir

Tərtər, 17 iyun, Tahir Ağaməmmədov, AZƏRTAC

Bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı mübarizə işləri aparılarkən xüsusi geyim və vasitələrdən istifadə olunmalıdır. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin nümayəndələrinin Tərtər rayonunda fermerlərlə maarifləndirici görüşündə bu mövzudan bəhs edilib. Xidmətin nümayəndələri Seydimli kəndində pambıq sahəsinə baxış keçirib, fermerlərlə maarifləndirici söhbət aparıblar.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev jurnalistlərə müsahibəsində bildirib ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatına görə, hər il zərərli orqanizmlərin təsirindən bitkiçilik məhsullarında 35 faiz itki olur. Buna görə də bitkiçilik məhsullarının becərilməsində kimyəvi preparatların istifadəsi vacibdir.

“Bütün hallarda kimyəvi preparatlardan istifadə labüddür. Amma nəzərə almalıyıq ki, bunlar zərərli kimyəvi maddələrdir. Bu maddələrlə işləyərkən sahə aqronomları, mexaniklər, operatorlar, texniki işçilər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Özlərini bu yolla kimyəvi preparatların zərərli təsirindən qorumalıdırlar. Kimyəvi preparatların tətbiqi ilə bağlı təlimatlara ciddi əməl edilməlidir. Digər tərəfdən hər bir preparatın toksiki dərəcəsinə görə tətbiqindən sonra sahədə mexaniki və əl işlərinin aparılma müddətlərinə məcburi qaydada əməl olunmalıdır. Əks halda bu, bir sıra fəsadlara gətirib çıxara bilər”, - deyə C.Quliyev bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.