CƏMİYYƏT


Bitkiçilik məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirilib

Bakı, 4 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi pomidor, alma, xurma, nar və göyərti məhsullarının istehsalı və ixracı ilə məşğul olan sahibkarlarla görüş keçirib.

Agentliyin sədr müavini Rəşad Mafusovun iştirakı ilə keçirilən görüşdə bitkiçilik məhsullarına qoyulan ixrac tələbləri, həyata keçirilən fitosanitar nəzarət tədbirləri, eyni zamanda Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) ilə aparılan danışıqlar və əldə olunan nəticələr barədə sahibkarlara məlumat verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, istehsal olunan bitkiçilik məhsullarının təhlükəsizlik və keyfiyyət göstəricilərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının daim sahibkarların diqqət mərkəzində olmasının zəruriliyi bildirilib. Eyni zamanda bitkiçilik təsərrüfatlarında zərərvericilərə qarşı mübarizə tədbirləri çərçivəsində yeni metodların tətbiqinin əhəmiyyəti və bu sahədə həyata keçirilməsi zəruri olan tədbirlər sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb.

Görüşdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.