İQTİSADİYYAT


Bitum məhsullarına dair dövlət standartları təsdiq edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Ölkədə istehsal olunan bitum və bitumlu büzücülərin keyfiyyətinin yüksəldilməsinin təmin edilməsi məqsədilə beynəlxalq standartların son versiyaları əsasında AZS EN 12592:2021 “Bitum və bitumlu büzücülər. Həllolmanın təyini üsulu” və AZS EN 12593:2021 “Bitum və bitumlu büzücülər. Fraasa görə kövrəklik temperaturunun təyini üsulu” dövlət standartları təsdiq edilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu tərəfindən hazırlanan standartlar “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. Yeni standartlar vasitəsilə elmi-tədqiqat institutları, neft emalı zavodları, asfalt-beton müəssisələri və tikinti işləri ilə məşğul olan təşkilatlar bitum və bitumlu büzücülərin keyfiyyət meyarlarını daha rahat şəkildə müəyyən edə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.