CƏMİYYƏT


“Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil olunub

Bakı, 16 iyul, AZƏRTAC

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin azyaşlı uşaqları üçün “Biz Zəfərin övladıyıq” adlı əyləncəli tədbir təşkil olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində at və qayıq gəzintisində iştirak edən uşaqlar, həmçinin müxtəlif öyrədici və inkişafetdirici oyunlar oynayıb, əyləncəli şou proqramlar izləyiblər.

Tədbirin təşkilində yaxından iştirak edən RİİB könüllüləri şəhid övladlarını xüsusi diqqət və qayğı ilə əhatə edərək, onlarla maraqlı bir gün keçiriblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.