CƏMİYYƏT


“Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirilib

Daşkənd, 8 aprel, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) koronavirus epidemiyasının törətdiyi çətinlikləri aradan qaldırmaq məqsədilə “Biz birlikdə güclüyük” devizi altında xeyriyyə aksiyası keçirib.

Xeyriyyə aksiyası zamanı Daşkənddə yaşayan imkansız və maddi vəziyyəti çətin olan azərbaycanlılara və özbəklərə, habelə AMM-nin himayəyə götürdüyü Daşkənddəki 30 saylı uşaq evinin kimsəsiz sakinlərinə sovqat və ərzaq təqdim olunub. Mədəniyyət Mərkəzinin əməkdaşları, həmçinin imkansız ailələrə pul vəsaiti verib, onları “Evdə qal” aksiyasına əməl etməyə çağırıblar.

Qeyd edək ki, Mədəniyyət Mərkəzinin əməkdaşları bundan öncə Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılan xüsusi fonda da vəsait köçürərək Özbəkistanda qalan Azərbaycan vətəndaşlarına dəstək veriblər.

AMM-nin direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə müsahibəsində vətəndaşlarımızın sağlamlığının dövlətlərimizin gələcəyi üçün mühüm olduğunu qeyd edib. O, koronavirusa yoluxan hər adamın potensial virus daşıyıcısı olduğunu vurğulayaraq, onun öz ətrafını qorumaq üçün məsuliyyət daşıdığını bildirib.

Samir Abbasov vətəndaşlarımızı dövlətlərimizin çağırışına cavab verərək evdə qalmağa və bununla da ətraflarını, ailələrini, əlaqədə olduqları hər bir kəsi qorumağa və nəticədə isə dövlətimizi çətin vəziyyətdə qoymamağa çağırıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.