ELM VƏ TƏHSİL


“Biz sadəcə güzgüyük” layihəsinin Bakı mərhələsi yekunlaşıb

Bakı, 1 oktyabr, AZƏRTAC 

“Education HUB”ın təşkilatçılığı ilə “İnkişaf zamanı” təhsil proqramı çərçivəsində “Biz sadəcə güzgüyük” layihəsi həyata keçirilib.

Bakı Dövlət Universitetindən AZƏRTAC-a bildiriblər ki, NAYORA-nın və Sabunçu Gənclər Evinin təşkilati dəstəyi ilə keçirilən təlimin ilk günü stereotiplər, zərərli vərdişlər, seçim azadlığı kimi məsələlərə toxunulub. Təlimin növbəti günü 8 və 9-cu siniflərdə oxuyan 24 şagirdin təqdimatında qeyd olunan mövzularla bağlı forum teatr təşkil olunub. Layihənin ikinci mərhələsinin oktyabrın 13-dən 14-dək Neftçala rayonunda reallaşdırılması planlaşdırılır.

“İnkişaf zamanı” təhsil proqramı çərçivəsində həyata keçirilən “İncəsənət sosial inkişafda vasitə kimi” layihəsinin əsas məqsədi sosial məsələlərin həllində incəsənət vasitələrindən istifadə edilməsinin təşviqidir.

Layihənin təşkilatçıları Bakı Dövlət Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.