ELM VƏ TƏHSİL


“Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqə-sərgisinə yekun vurulub

Bakı, 30 aprel, AZƏRTAC

“Biz zəfər qazandıq!” respublika onlayn rəsm müsabiqə-sərgisinə yekun vurulub.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilib. Üç yaş (6-9, 10-13, 14-17) qrupu üzrə keçirilən müsabiqəyə 1127 rəsm işi daxil olub. Təqdim olunan işlərdən ibarət virtual sərgi təşkil edilib və kütləvi informasiya vasitələrində yayımlanır.

Qaliblər Təhsil Nazirliyinin diplom və fəxri fərmanları, həmçinin hədiyyələrlə təltif ediləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə onlayn keçirilən rəsm müsabiqə-sərgisinin məqsədi gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, torpaqlarımızın işğaldan azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün Türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılması olub. Həmçinin uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, istedadlı uşaq və gənclərin aşkar edilməsi də məqsədlər sırasındadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.