MƏDƏNİYYƏT


“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki qonağı gənclər olub

Bakı, 2 iyul, AZƏRTAC

“Bizi birləşdirən mədəniyyət” layihəsinin budəfəki buraxılışı gənclərə həsr olunub.

AZƏRTAC xəbər verir ki, verilişin qonaqları VI Muğam Televiziya Müsabiqəsinin iştirakçısı Məftun Məmmədov , gənc qrafik rəssam Tural Hüseyn, xanəndə Gülzar Fərəcova olub.

Məftun Məmmədov müsabiqə ilə bağlı təəssüratlarını bölüşüb. Dərs aldığı müəllimləri, muğam sənətinə sevgisindən söz açıb. Tural Hüseyn “Rənglənmiş tarix” layihəsi ilə bağlı məlumat verib. Layihənin ərsəyə gəlməsi, cəmiyyətin bu layihəyə marağından bəhs edib. Gülzar Fərəcova muğam televiziya müsabiqəsindən bu günə kimi fəaliyyətindən söz açıb. Verilişin iştirakçısı olan gənc istedadlar yaradıcılıq uğurlarını tamaşaçılarla bölüşüblər.

Qeyd edək ki, “Bizi birləşdirən mədəniyyət” verilişi həftəiçi saat 19:00-da Beynəlxalq Muğam Mərkəzindən canlı olaraq tamaşaçılarla görüşə gəlir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.