Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Bizim də bu ildən gözləntilərimiz böyükdür” - dovşançılıq təsərrüfatının rəhbəri FOTO VİDEO

Dovşan ili insanlara rahatlıq, xoşbəxtlik və sevgi gətirəcək

Xaçmaz, 2 yanvar, Elxan Yusifli, AZƏRTAC

Çin təqviminə əsasən, 2023-cü il Dovşan ilidir. Bəzən buna Qara Su dovşanı da deyilir. Qədim əfsanələrə görə, Dovşan ili Şərq simvolları arasında xüsusi yer tutur. Astrologiyaya əsasən, dovşan bütün bürclərə stabillik, rahatlıq, xoşbəxtlik və ən əsası sevgi gətirəcək. Çünki özü romantikanı çox sevir. Ulduzlar deyir ki, bu il qorxu, həyəcan ili olmayacaq. Yaşadığımız gərginliklər də başa çatmaqda olan Mavi pələng ilində qalacaq.

AZƏRTAC-ın bölgə müxbiri 2023-cü ilin adını daşıdığı dovşan təsərrüfatında olub, fermerlə bu heyvanın özəllikləri barədə maraqlanıb.

Xaçmazlı təsərrüfatçı Oleq Fomoviç 40 ilə yaxındır dovşan saxlayır. Əvvəllər bu heyvanları maraq üçün bəsləsə də, sonradan hobbisini gəlir mənbəyinə çevirib.

Oleq Fomoviç dovşanları Xudat şəhəri yaxınlığındakı təsərrüfatında bəsləyir. Hazırda təsərrüfatındakı müxtəlif sort dovşanların sayı 100-dən çoxdur. Bu sayı 2-3 dəfə artırmaq imkanı da var.

“Burada 10-a yaxın dovşan növü var. Kaliforniya, Velikan, Vlandır, xaricdən gətirilmiş ağ və qırmızı Rizel kimi ətlik dovşan növlərinə üstünlük verirəm. Dovşanlar satış üçün nəzərdə tutulub. 3-4 aylıq dovşan 2 kiloqram ət verir”, - deyə təsərrüfatçı bildirib.

Oleq hələ 7 yaşı olanda dovşan saxlamağa başlayıb. Uşaq vaxtı dayısının təsərrüfatından götürdüyü yerli sort dovşanları bəsləyib. Amma son 20 ildir ancaq cins heyvanlar saxlayır və təsərrüfatından gəlir əldə edir: “Pandemiya dövrünə qədər dovşan əti satışı yaxşı idi. Yetişdirdiyimiz heyvanların ətini Xaçmazdan, Bakıdan olan müştərilərimiz topdansatış qiymətə alırdılar. Onlar da müxtəlif şirkətlərə verirdilər. Amma son iki ildə dovşan ətinə maraq çox azalıb. Regiondakı dovşan təsərrüfatlarının əksəriyyəti fəaliyyətini dayandırıb. Dovşan saxlamaq çətin deyil. Amma satışını təşkil edə bilməyəndən sonra saxlamağa dəyməz”.

Dovşan əti yağsız, xolesterinsiz olduğu üçün dietikdir. Şəkər xəstəliyi olanlar, pəhriz saxlayanlar dovşan ətinə üstünlük verir.

Oleq Fomoviç deyir ki, dovşanlar ən artımlı heyvanlardan sayılır. Bu heyvanlar növündən asılı olaraq hər ay 8-10 bala verir. Dörd aylığında isə ət istehsalına verilir.

Dovşanların xəstəliklərə yoluxmasının qarşısını almaq üçün daim baytarlarla məsləhətləşmək lazımdır. Bu heyvanların yem rasionunu arpa, buğda, qarğıdalı, günəbaxan toxumu və yonca təşkil edir.

“2023-cü il Çin təqviminə görə dovşan ilidir. Bizim də bu ildən gözləntilərimiz böyükdür. Ümid edirəm ki, dovşançılıq təsərrüfatlarının müştəriləri artar. Çoxları dovşanları xarakterizə edərkən yalnız cəldliyinə diqqət çəkir. Amma bildirim ki, dovşanlar bərəkətli, artımlı heyvanlardır. Bu heyvanlar öz balalarına qarşı çox həssasdırlar. Sahibini tanıyırlar. Bir sözlə, çox gözəl və xeyirli heyvandır. İnşallah, ilk günlərini yaşadığımız yeni il də xeyirli, bərəkətli olar”, - deyə xaçmazlı təsərrüfatçı söyləyib.

Qeyd edək ki, astrologiyaya görə, Dovşan ilində anadan olanlar parlaq fərdi keyfiyyətlərə malik olurlar. İstedadlı və şöhrətpərəst, xeyirxah və təmkinlidirlər, incə zövqləri ilə fərqlənirlər. Hamını heyran qoyur və etimad qazanırlar. Bu adamlar bəzən qeybət etməyi xoşlayırlar, lakin nəzakətlidirlər, hirsli deyillər. Sevdikləri ilə incə rəftar edirlər, yaxın qohumları ilə çox nadir hallarda sıx əlaqə saxlayırlar. Demək olar ki, heç vaxt qızışıb özlərindən çıxmırlar, gözəl işgüzar keyfiyyətlərə malikdirlər. Vicdanlı və sözü bütövdürlər, bəzən xırdaçı və vasvası olur, bəzən qəmginləşirlər. Əla oyunçu ola bilərlər, lakin mühafizəkar və ehtiyatlı olduqlarına görə nadir hallarda oynayırlar.

“Bizim də bu ildən gözləntilərimiz böyükdür” - dovşançılıq təsərrüfatının rəhbəri FOTO VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kərim Şükürov: Qafqaz Albaniyası tarixinin öyrənilməsi istiqamətində böyük elmi işlər görülüb

Dünya birjalarında neft bahalaşıb

Bu gün basketbol üzrə Azərbaycan Kubokunun sahibi bəlli olacaq

Bakıda "Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” adlı XI beynəlxalq konfrans keçirilir

Xətai rayonunda qətl törədilib

Astanada ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub VİDEO

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası