ELM VƏ TƏHSİL


“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı sabirabadlı müəllimə həsr olunub

Bakı, 11 oktyabr, AZƏRTAC

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Sabirabad rayonu Bulaqlı kənd V.Quliyev adına tam orta məktəbin ingilis dili müəllimi Rəqsanə Haqverdiyevaya həsr olunub.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, R.Haqverdiyeva 2017-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 47 bal, 2018-ci ildə isə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində 49 bal toplayıb. O deyir ki, şagirdlərinin sevgisi, ingilis dili fənninə maraq göstərərək səylə çalışmaları qarşılaşdığı çətinlikləri dəf etməyə kömək göstərir. R.Haqverdiyevanın fikrincə, əsl müəllim öyrətməkdən çox, şagirdlərində öyrənmək istəyi yaratmağı bacarmalıdır.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.