ELM VƏ TƏHSİL
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı xızılı müəllimə həsr edilib
Bakı, 14 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Xızı rayonu akademik M.Dadaşzadə adına Şurabad qəsəbə tam orta məktəbin müəllimi Brilliant Ağazadəyə həsr olunub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, B.Ağazadə 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə 53 bal toplayıb. Hazırda Şurabad qəsəbə tam orta məktəbində tarix fənnini tədris edir.
B.Ağazadə şagirdlərdə ağıllı təfəkkür və düşüncənin formalaşmasında müəllimin mühüm rol oynadığını deyir.
“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.